Bank Of Baku

YAP “Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsində” mövzusunda konfrans keçirəcək

YAP “Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsində” mövzusunda konfrans keçirəcək
# 02 may 2007 14:04 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin anadan olmasının 84 illiyi ilə bağlı silsilə tədbirlər keçirməyə başlayıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov məlumat verib. Ə. Əhmədov bildirib ki, Heydər Əliyevin doğum günü ilə əlaqədar “Gülüstan” sarayında “Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsində” mövzusunda konfrans keçiriləcək. Konfrans plenar və bölmə iclaslarından ibarət olacaq. Toplantıda YAP sədrinin müavini Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, millət vəkilləri İsmayıl Hacıyev və Nizami Cəfərov məruzə ilə çıxış edəcəklər. Ə. Əhmədovun sözlərinə görə, bölmələrdə “Heydər Əliyev yolu və Azərbaycan dövlətçiliyi”, “Davamlı islahatlar yolu”, “Azərbaycan inkişafın yeni mərhələsində: nəticələr və perspektivlər” mövzusunda müzakirələr olacaq. Tədbirlər silsiləsinə daxil olan mini-futbol turnirinə start verildiyini deyən sədr müavini 10 may ərəfəsində final oyununun keçiriləcəyini qeyd edib. Hazırda Bakı şəhərinin 11 rayonunun təmsilçilərinin turnirdə iştirak etdiyini bildirən Ə. Əhmədov növbəti illərdə respublikanın bütün rayonlarının gənclərinin bu yarışa cəlb olunmasının nəzərdə tutulduğunu qeyd edib. Ə. Əhmədov H. Əliyevin doğum günü ilə əlaqədar YAP-ın bütün rayon, şəhər təşkilatlarında da tədbirlərin keçiriləcəyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR