Bank Of Baku

Demokratiya Uğrunda İttifaq Dağlıq Qarabağ problemi ilə bağlı konfrans keçirmək niyyətindədir

Demokratiya Uğrunda İttifaq Dağlıq Qarabağ problemi ilə bağlı konfrans keçirmək niyyətindədir
# 02 may 2007 14:23 (UTC +04:00)
Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının iclası keçirilib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, iclasda Dağlıq Qarabağ problemi ilə bağlı konfransın keçirilməsi barədə qərar qəbul edilib. Son danışıqların detallarının açıqlanmadığını deyən M. Mirəlioğlu problemin ictimai müzakirəsinin təşkilini vacib saydıqlarını bildirib. Konfransda iqtidarlı-müxalifətli bütün qurumların iştirakını nəzərdə tutub. M. Mirəlioğlu yaxın günlərdə bütün siyasi təşkilatlara, politoloqlara, ekspertlərə, Prezident Aparatı, Xarici İşlər Nazirliyi və Milli Məclisə konfransla bağlı müraciət edəcəklərini deyib.
Sədrlər Şurasının iclasında ittifaqın fəaliyyət proqramı da qəbul olunub. Demokratiya uğrunda birgə mübarizənin aparılması, Qarabağ problemi ilə bağlı milli ideoloji xəttin təbliği, Güney Azərbaycan, türk dünyasında millətçilik ideyalarının yayılması, dövlət quruculuğu əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşib. M. Mirəlioğlu DUİ-nin Əsasnaməsinin hazırlanması işinin də başa çatdığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR