Bank Of Baku

Sumqayıtda “Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq Layihəsi” çərçivəsində beynəlxalq konfrans keçirilir

Sumqayıtda “Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq Layihəsi” çərçivəsində beynəlxalq konfrans keçirilir
# 02 may 2007 14:45 (UTC +04:00)
Bu gün Sumqayıt şəhərində “Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq Layihəsi”nin 3-cü mərhələsinin başlaması münasibətilə Sumqayıtda Almaniya və Gürcüstan mütəxəssislərinin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb.
APA-Economics”in məlumatına görə, iki gün davam edəcək konfransın açılışında çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Almaniyanın Azərbaycandakı səfiri Per Stankina, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) ölkə üzrə direktoru Frants Hayntsmann bu layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. V.Əliyev indiyədək Lüdviqshafenli mütəxəssislərin iştirakı ilə Sumqayıtda alman dili mərkəzinin açılması, “Etimad” yeniyetmələr üçün qaynar xəttin təşkili, “Ekopark”ın yaradılması, şəhərin su təsərrüfatı üzrə kadastrın hazırlanması kimi 18 layihənin müvəffəqiyyətlə həyata keçirildiyini deyib. O, 2007-2009-cu illəri əhatə edəcək 3-cü mərhələnin bu layihələrin davam etdirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib.
Qeyd edək ki, 2002-ci ildən etibarən icra edilən “Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq Layihəsi”ndə Cənubi Qafqaz ölkələrindən Azərbaycanın Sumqayıt, Gürcüstanın Tiflis və Telavi şəhərləri iştirak edir. Almaniya tərəfindən isə bu Qafqaz şəhərlərinin tərəfdaşları, müvafiq olaraq, Lüdviqshafen, Saarbrükken və Biberax şəhərləri layihənin iştirakçılarıdır. Layihə GTZ tərəfindən maliyyələşdirilir. Layihə çərçivəsində iqtisadi inkişaf, sosial məsələlər, ekologiya, şəhərsalma, gənclərlə iş və digər sahələr üzrə hər üç şəhərdə 60-a yaxın tədbir icra olunub.
Konfransın işində Sumqayıt və Lüdviqshafen şəhərinin təmsilçiləri ilə yanaşı, Gürcüstanın Tiflis və Telavi, Almaniyanın Saarbrüken və Biberax şəhərlərinin nümayəndələri də iştirak edirlər. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR