Bank Of Baku

Brüsseldə Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı ilə bağlı məsləhətləşmələr keçirilib

Brüsseldə Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı ilə bağlı məsləhətləşmələr keçirilib
# 02 may 2007 14:57 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov NATO ilə əməkdaşlıq üzrə Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planının (İPAP) yerinə yetirilməsinin qiymətləndirilməsinə dair görüşdə iştirak etmək üçün bu gün Brüsselə gedib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, NATO-nun mənzil qərargahında Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə NATO-nun Şimali Atlantika Şurası çərçivəsində görüş keçirilib. Nümayəndə heyətinin tərkibində Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından yüksək səviyyəli nümayəndələr təmsil olunub. Görüşdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan tərəfindən İPAP-ın yerinə yetirilməsi səviyyəsi və bu sahədə əldə olunan nailiyyətlər barədə iclas iştirakçılarını məlumatlandırıb. O, öz çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə toxunaraq bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini vurğulayıb. Daha sonra nümayəndə heyəti Şimali Atlantika Müqaviləsi Təşkilatının səfirlərini maraqlandıran sualları cavablandırıb. Səfər çərçivəsində Elmar Məmmədyarov Şimali Atlantika Müqaviləsi Təşkilatının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, İPAP-ın yerinə yetirilməsi, Ermənistan-Azərbaycan münaqişəsi, regionda ümumi təhlükəsizlik vəziyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR