Bank Of Baku

Xələf Xələfov: “Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi ilə bağlı sahilyanı dövlətlərin mövqeyində yaxınlaşmalar var”

Xələf Xələfov: “Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi ilə bağlı sahilyanı dövlətlərin mövqeyində yaxınlaşmalar var”
# 02 may 2007 17:13 (UTC +04:00)
Bu yaxınlaşmalar əsasən gəmiçilik və Xəzərin ekologiyası ilə bağlıdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov verib. Bununla belə o, Xəzərin statusu ilə bağlı yekun sənəddə razılaşdırılmamış məqamların hələ də qaldığını vurğulayıb: “Bəzi açıq qalan məsələlər var ki, bu da dənizin dibinin bölüşdürülməsi, su səthindən istifadə, təhlükəsizliyin vahid kontekstdə müzakirə olunması, hövzənin silahsızlaşdırılması ilə bağlı məsələlərdir. İşçi qrupların növbəti görüşü Tehranda keçiriləcək. Ola bilsin ki, bu görüş təkcə Konvensiya layihəsinin razılaşdırılması deyil, həmçinin sahilyanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq xarakteri daşısın. Biz sammitlə əlaqədar deklarasiyanı müəyyən qədər razılaşdıra bilmişik. İran tərəfi xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsini istəyir. Əgər razılıq əldə olunsa, o zaman xarici siyasət idarələrinin rəhbərlərinin görüşü Tehranda keçiriləcək”. Xələf Xələfov Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Türkmənistanla da əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib. Onun sözlərinə görə, hər iki tərəfdən bu istiqamətdə müəyyən meyllər var: “Ola bilsin ki, iki ölkənin nazirləri səviyyəsində görüşlər keçirilsin. Prinsipcə götürsək Türkmənistanla Azərbaycan arasında böyük problemlər mövcud deyil”. X. Xələfov Gürcüstanla Azərbaycan arasında sərhədlərin delmitasiyası ilə bağlı müzakirələrin davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün Rusiya ilə Azərbaycan arasında sərhədlərin delmitasiyası ilə bağlı fəaliyyət göstərən işçi qrupunun görüşləri başlayıb: “Bundan sonra növbəti görüş Gürcüstan tərəfi ilə keçiriləcək. İnanıram ki, Gürcüstan tərəfi ilə aparılan müzakirələr zamanı bəzi açıq qalan məsələlərin həllinə nail olacağıq”. Nazir müavini David Qareci monastırı ətrafında yaranan mübahisəli məsələni şərh edərkən deyib ki, sərhəd lazım olan yerdən keçməlidir: “Sərhədin haradan keçməsi normativ hüquqi sənədlərlə müəyyənləşir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR