Bank Of Baku

Ədliyyə Nazirliyi Rəsul Quliyevin təşəbbüsü ilə yaradılmış cəmiyyətin qeydiyyat sənədlərini geri qaytarıb

Ədliyyə Nazirliyi Rəsul Quliyevin təşəbbüsü ilə yaradılmış cəmiyyətin qeydiyyat sənədlərini geri qaytarıb
# 03 may 2007 11:43 (UTC +04:00)
Azərbaycanın Ədliyyə Nazirliyi Rəsul Quliyevin təşəbbüsü ilə yaradılmış “Azərbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin qeydiyyat sənədlərini geri qaytarıb. Cəmiyyətin Azərbaycan bölməsinin sədri Zəminə Dünyamalıyevanın APA-ya verdiyi məlumata görə, nazirlik buna səbəb kimi sənədlərin Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmamasını göstərib. Z. Dünyamalıyeva təsis sənədlərinin Avropa ölkələrinin prinsiplərinə uyğun hazırlandığını deyib. Lakin Azərbaycan qanuvericiliyində zidiyyət yarandığı üçün qurumun yalnız QHT kimi təsis olunması qərara alınıb: “Azərbaycan qanunvericiliyinə görə təsisçilərin sayı 3-dən artıq olmamalıdır. Amma bizim təsisçilərin sayı 17 idi. İndi sənədləri yenidən hazırlayacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR