Bank Of Baku

Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitunun direktoru: “Dövlət Departamentinin hesabatı ətrafında yaranan anlaşmazlıq ABŞ- Azərbaycan münasibətlərini daha da gücləndirib”

Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitunun direktoru: “Dövlət Departamentinin hesabatı ətrafında yaranan anlaşmazlıq ABŞ- Azərbaycan münasibətlərini daha da gücləndirib”
# 03 may 2007 12:00 (UTC +04:00)
Bu sözləri APA-nın ABŞ bürosuna eksklüziv açıqlamasında Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitunun direktoru Frederik Starr deyib. Bütün insanların səhv edə biləcəyini qeyd edən F. Starr Dövlət Departamentinin işçilərinin də bundan sığorta olunmadıqlarını söyləyib: “Burada təəccüblənməyə ehtiyac yoxdur. Maraqlısı odur ki, yanlışlıq baş verən andan Azərbaycan və ABŞ hökumətləri, səfirlər Yaşar Əliyev və Metyu Brayza dərhal danışıqlara başladılar və problem həllini tapdı. Nəticə isə daha da vacibdir: yaranmış çətinliklər hər iki tərəfin xoşməramlı niyyəti ilə həll olundu. Geriyə baxaraq demək olar ki, Dövlət Departamentinin hesabatı ətrafında yaranan qısa anlaşmazlıq ABŞ-la Azərbaycan arasında dostluq münasibətlərini daha da gücləndirib”. F. Star onu da əlavə edib ki, baş vermiş insident gələcəkdə ölkələrimiz arasında yarana biləcək istənilən məsələnin həll olunacağına əminlik yaradır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR