Bank Of Baku

ADP Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Milli Məclisə müraciət edib

ADP Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Milli Məclisə müraciət edib
# 03 may 2007 13:14 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər paketini Milli Məcllisi Hüquq siyasəti və dövlət quruculuğu komissiyasına göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə təkliflərin Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində aparılacaq müzakirələrdə nəzərə alınmasını xahiş edib. Partiya bütün səviyyəli seçki komissiyalarının tərkibinin ölkədəki əsas siyasi partiyaların paritet təmsilçiliyi əsasında formalaşdırılması təklifini irəli sürüb. ADP hesab edir ki, komissiyaların prinsiplər əsasında formalaşdırılması bütün siyasi qüvvələri razı salacaq və qarşılıqlı etimada malik olacaq komissiyalar formalaşdırılacaq. Təkliflərdə, həmçinin, müşahidəçilərin hüquqlarının artırılması, seçici siyahılarındakı pozuntuların aradan qaldırılması məsələləri də əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR