Bank Of Baku

Ramiz Abutalıbov: “YUNESKO-da işlədiyim dövrdə Azərbaycanla bağlı topladığım arxiv materiallarının ümumi çəkisi 240 kiloqramdır”

Ramiz Abutalıbov: “YUNESKO-da işlədiyim dövrdə Azərbaycanla bağlı topladığım arxiv materiallarının ümumi çəkisi 240 kiloqramdır”
# 03 may 2007 14:39 (UTC +04:00)
Araşdırmalar zamanı əldə etdiyim 240 kiloqramdan çox arxiv materiallarını Bakıya göndərdim”. APA-nın məlumatına görə, bu sözləri tanınmış diplomat, Azərbaycanın YUNESKO-da sabiq daimi nümayəndəsi Ramiz Abutalıbov bu gün keçirdiyi mətbuat konfransında deyib. Azərbaycan mədəniyyət tarixini qorumaq və araşdırmağı özü üçün hobbiyə çevirdiyini deyən YUNESKO katibliyinin sabiq işlər müdiri Ramiz Abutalıbov 28 may - Azərbaycan Demokratik Respublikasının yaranış günü ərəfəsində bir daha Azərbaycan mühacirlərini yada salıb. “Əlimərdan Topçubaşov, Ceyhun Hacıbəyli, Əhməd bəy Ağaoğlu haqqında materialları Azərbaycan Demokratik Respublikası haqqında Fransa mətbuatında çap olunan məqalələri, nadir fotoşəkilləri ilk dəfə üzə çıxardım. İşinin əsasən yeni materialları tapmaqdan ibarət idi. Mən öz arxivlərimi Azərbaycanın müvafiq qurumlarına təqdim etmişəm”. Ramiz Abutalıbov mərhum ölkə başçısı Heydər Əliyevlə bağlı xatirələrini də media nümayəndələri ilə bölüşüb: “Onun dəstəyi ilə Fransada özümü güclü hiss edirdim. Heç kimdən qorxmurdum”. R. Abutalıbov Fransada Əlimərdan bəy Topçubaşovun xatirəsinə memorial lövhə qoyulmasında, Əhmədiyyə Cəbrayılovanın rəhbərliyi ilə Fransada faşizmə qarşı mübarizə aparan və müharibədə həlak olan azərbaycanlıların xatirəsinə lövhə qoyulmasında iştirakından fəxr etdiyini deyib. Hazırda Moskvada yaşayan diplomat Rusiya Böyük Ensiklopediyasında Dağlıq Qarabağın müstəqil respublika kimi qeyd olunmasına da münasibət bildirib: “Ensiklopediya nəşr olunduqdan sonra tirajı yığışdırmaq çətin məsələdir. Ancaq bizim işimiz mübarizədə, təbliğatda ardıcıl olmaqdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR