Bank Of Baku

TASAM başqanı Süleyman Şensoy: “Abdullah Gülün həyat yoldaşının hicablı olması bəzi problemlər yaradır”

TASAM başqanı Süleyman Şensoy: “Abdullah Gülün həyat yoldaşının hicablı olması bəzi problemlər yaradır”
# 03 may 2007 14:40 (UTC +04:00)
APA-nın məlumatına görə, Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoy Azərbaycana Bakı Dövlət Universitetinin, Atatürk Mərkəzinin və Türkiyənin Azərbaycandakı səfirliyinin dəvəti ilə gəldiyini deyib. Region ölkələrində cərəyan edən proseslərə toxunan S. Şensoy öncə Türkiyə prezidentliyinə keçirilən seçkidə yaranan problemə münasibət bildirib. O, Ədalət və İnkişaf Partiyasının namizədi olan Abdullah Gülün prezident seçilməsini təhlükə hesab etmədiyini söyləyib: “Siyasətçi kimi hər kəsi razı salmaq mümkün deyil. Bizim dövlət ənənələrinə bağlı qalmaq şərtilə, Abdullah Gülün də bacarıqlı prezident olacağını düşünürəm. Abdullah Gülün xarici işlər naziri kimi işlədiyi dörd il ərzində onun dövlət ənələrinə sadiq qaldığının şahidi olduq. Amma həyat yoldaşının hicablı olması bəzi dairələrdə problem yaradır”. Avropa Birliyinin genişlənməsinə qarşı atılan addımlara da münasibət bildirən S. Şensoy bu cür mövqedə olan ölkələrin hərəkətlərinin Avropanın nüfuzuna xələl gətirəcəyini də deyib: “Son vaxtlar Fransa prezidentliyinə namizəd Sarkozi belə fikirlər söyləyir. Amma hesab edirəm ki, bu açıqlamalar Fransa cəmiyyəti üçün hesablanıb”. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara gəlincə, S. Şensoy ATƏT-in Minsk Qrupunun fəaliyyətini mənfi qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR