Bank Of Baku

ADP qurultay keçirmək üçün yer ayrılması xahişi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

ADP qurultay keçirmək üçün yer ayrılması xahişi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 03 may 2007 14:46 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) mayın 27-də qurultay keçirmək üçün yer ayrılması xahişi ilə bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Müraciətdə qurultayın keçirilməsi üçün münasib olan bir neçə yerdən birinin icarəyə verilməsi xahiş olunub. Partiyanın icarə götürmək istədiyi yerlərin siyahısında Rəşid Behbudov adına Mahnı Teatrı, Şəhriyar adına Mədəniyyət Sarayı, “Azərbaycan” kinoteatrı, Milli Elmlər Akademiyasının akt zalı, Azərbaycan Akademik Dram Teatrı və Dənizçilərin Mədəniyyət Sarayının adları var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR