Bank Of Baku

Quba və Neftçala ərazisinə növbəti elmi ekspedisiya göndəriləcək

Quba və Neftçala ərazisinə növbəti elmi ekspedisiya göndəriləcək
# 04 may 2007 11:03 (UTC +04:00)
“Quba və Neftçala ərazisində tapılan məzarlıqlarda tədqiqat işləri davam etdiriləcək. Hazırda tədqiqat üçün tələb olunan texniki təchizat dəqiqləşdirilir. Tapılan sümük və skeletlərin təmizlənməsi üçün əraziyə növbəti elmi ekspedisiya göndəriləcək”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli deyib. N. Müseyiblinin sözlərinə görə, hazırda dövlət komissiyasının yaradılması və yeni ekspedisiyanın təşkili istiqamətində müvafiq qurumlarla iş aparılır: “Məsələyə əsla soyuq yanaşma yoxdur. Ermənilərin qətlə yetirdikləri müsəlmanların cəsədlərinin tapıldığı məzarlıq ciddi mühafizə olunur. Məzarlığın bütünlüklə açılma prosesində təkcə alim və mütəxəssislərin yox, həm də kütləvi informasiya vasitələrinin iştirakı nəzərdə tutulub ”.
Qeyd edək ki, Quba və Neftçala ərazisində ilkin tədqiqat aparan elmi ekspedisiya məzarlıqdakı sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi kütləvi qırğınlar nəticəsində ölən insanlara aid olduğunu təsdiqləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR