Bank Of Baku

ADP qurultaya hazırlığı yekunlaşdırıb

ADP qurultaya hazırlığı yekunlaşdırıb
# 04 may 2007 11:46 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) qurultaya hazırlıq işlərini yekunlaşdırıb. Bu barədə APA-ya ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, partiyanın rayon təşkilatlarında konfranslar başa çatıb, qurultaya nümayəndələr seçilib. O, hazırda texniki-təşkilati hazırlıq işləri aparıldığını və dəvətnamələrin hazırlandığını qeyd edib. S. Cəlaloğlu aparıcı müxalifət partiyalarının, YAP-ın, Ana Vətən Partiyasının rəhbərlərinə, Milli Məclisin üzvlərinə, QHT başçılarına, diplomatik korpusun nümayəndələrinə dəvətnamələr göndəriləcəyini deyib. O, Bakı şəhər İcra Hakimiyyətinin qurultayın keçirilməsi üçün yer ayrılmasına problem yaratmayacağına ümid etdiyini bildirib. S. Cəlaloğlu hələlik partiyanın sədrliyinə yeganə namizəd olduğunu da vurğulayıb.
Qeyd edək ki, ADP növbəti qurultayını mayın 27-nə təyin edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR