Bank Of Baku

Açıq Cəmiyyət Partiyası İdarə Heyətinin üzvü Zəminə Dünyamalıyeva: “ADP ilə münasibətlərimiz siyasi proseslərin diktəsindən asılı olacaq”

Açıq Cəmiyyət Partiyası İdarə Heyətinin üzvü Zəminə Dünyamalıyeva: “ADP ilə münasibətlərimiz siyasi proseslərin diktəsindən asılı olacaq”
# 04 may 2007 12:22 (UTC +04:00)
“Sərdar Cəlaloğlu ilə şəxsi münasibətlərdə heç bir düşmənçiliyim olmayıb. Biz yalnız siyasi baxışlarımıza görə bir-birimizi ittiham etmişik. Bu baxımdan onunla düşmən deyildik ki, barışıq elan edək”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) İdarə Heyətinin üzvü Zəminə Dünyamalıyeva bildirib. O, S. Cəlaloğlu ilə normal münasibətlərinin olduğunu və bunun davam edəcəyini qeyd edib: “Sadəcə, ADP-də parçalanma yaranmışdısa və biz oradan qopmuşduqsa, Sərdar Cəlaloğlu deməyəcəkdi ki, “Zəminə Dünyamalıyeva çox yaxşı qızdır” və yaxud mən deməyəcəkdim ki, “Sərdar Cəlaloğlu yaxşı oğlandır”. Bizim problemlərimiz siyasi məsələlərlə bağlı idi. Bu məsələlərdə kifayət qədər fikir ayrılığı vardı və biz bir-birimizi ittiham edirdik. Biz küsülü deyildik ki, indi də barışaq. Mən 1999-cu ADP-yə gedəndən Sərdar Cəlaloğlu ilə şəxsi münasibətlərdə heç bir problemim olmayıb. Bundan sonra da olmayacaq. Sadəcə, siyasətdə hərənin öz maraqları var və bu mənada bir-birimizə fərqli münasibət bəsləyirdik”. ADP ilə bundan sonrakı münasibətlərin necə olacağına gəldikdə, Z.Dünyamalıyeva bildirib ki, siyasi məsələlər günün tələbindən asılı olaraq dəyişə bilir: “Zərurət yarandıqca, şəraitə uyğun addımlar atılır. ADP ilə münasibətlər də siyasi proseslərin diktəsindən asılı olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR