Bank Of Baku

Belarus XİN başçısı: “Azərbaycan və Belarusun iqtisadi sahədə faydalı əməkdaşlığını genişləndirmək üçün kifayət qədər potensial var”

Belarus XİN başçısı: “Azərbaycan və Belarusun iqtisadi sahədə faydalı əməkdaşlığını genişləndirmək üçün kifayət qədər potensial var”
# 04 may 2007 12:43 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov dünən Belarusun xarici işlər naziri Sergey Martınovla görüşüb. XİN Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin, Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış bir sıra sənədlər, xüsusən də Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin həyata keçirilməsi istiqamətində müzakirələr aparıblar.
Belarusun xarici işlər naziri dövlət başçılarının qarşılıqlı səfərlərini yüksək qiymətləndirib, ölkələrimiz arasında münasibətlərin, həmçinin, birbaşa nazirliklər səviyyəsində inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. S. Martınov Azərbaycan və Belarusun iqtisadi sahədə qarşılıqlı şəkildə faydalı əməkdaşlığını genişləndirmək üçün kifayət qədər potensialın olduğunu söyləyib.
Öz növbəsində, X. Xələfov Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin dinamikasının yüksələn xətlə inkişaf etdiyini qeyd edib, ölkələrimizin BMT və ATƏT çərçivəsində də səmərəli əməkdaşlığını yüksək qiymətləndirib. O, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, o cümlədən mal dövriyyəsinin artırılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR