Bank Of Baku

Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forum mayın 25-nə təyin olunub

Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forum mayın 25-nə təyin olunub
# 04 may 2007 12:45 (UTC +04:00)
Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forum mayın 25-nə təyin olunub. Bu barədə APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, forumun keçirilməsi ilə bağlı 50-yə yaxın ayrı-ayrı siyasi-ictimai təşkilatla danışıqlar aparılıb və razılıq əldə edilib. Daha 20 təşkilatla danışıqların aparılacağını deyən A. Şahbazov yaxın günlərdə YAP təmsilçiləri ilə də görüş keçiriləcəyini bildirib. Partiya sədri hələlik forumun gündəliyinin müəyyənləşmədiyini bildirib. A. Şahbazov forumdan sonra ALP, BQP, AMDP və KXCP ilə ikitərəfli müqavilələrin imzalanacağını da bildirib: “Ədalət və Müsavat partiyaları isə imzalanacaq müqavilənin şərtlərini müzakirə etdikdən sonra razılıq verəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR