Bank Of Baku

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Şəkidə seminar keçirəcək

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Şəkidə seminar keçirəcək
# 04 may 2007 14:04 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisi Şəkidə “Liderlik, təşkilatı quruculuq, nüfuz və strategiya” mövzusunda seminar keçirəcək. Ofisin proqram üzrə məsul şəxsi Təbib Hüseynovun APA-ya verdiyi məlumata görə, mayın sonu, iyunun əvvəlində keçiriləcək seminarda 20 gənc iştirak edəcək. İştirakçılar yerli qeyri-hökumət təşkilatlarının vasitəçiliyi ilə müəyyənləşdirilir. Dörd mövzuda keçirilən seminarlar paytaxtda və müxtəlif regionlarda 6 ay əvvəl başlanıb. Mövzuların hamısını dinləmiş iştirakçı BRİ-nin sertifikatını alır və daha təkmilləşdirilmiş kurslarda iştirak edə bilir. Bu günə kimi keçirilmiş seminarlarda bir çox siyasi partiya və QHT-lərin təmsilçiləri iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR