Bank Of Baku

Mürşüd Məmmədlinin anım günü ilə əlaqədar mətbuat konfransı keçirilib

Mürşüd Məmmədlinin anım günü ilə əlaqədar mətbuat konfransı keçirilib
# 04 may 2007 15:28 (UTC +04:00)
“AMAL” Ziyalı Hərəkatı mərhum tənqidçi-publisist Mürşüd Məmmədlinin anım günü ilə əlaqədar bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, hərəkatın Ali Məclisinin üzvü Seyid Əhməd M. Məmmədlini ziyalı, uzaqgörən və səmimi insan kimi təqdim edib. Hərəkatın sədri Xalid Əlimirzəyevin fikrincə, M. Məmmədlini hər zaman xatırlamaq lazımdır və onun keçdiyi ömür yolu gənclərə təlqin edilməlidir. X. Əlimirzəyev bildirib ki, M. Məmmədli ictimaiyyət arasında tanınan şəxsiyyət olub: “O, XX əsrin sonunda milli azadlıq uğrunda mübarizələr başlanan vaxtdan ən çox öndə gedən ziyalılardan biri olub. Gələcəkdə tarixi yazanlar Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev kimi istiqlal mücahidləri ilə bir sırada Mürşüd müəllimin də adını çəkəcəklər”. Müsavat Partiyasının başqanı İsa Qəmbər M. Məmmədlinin bir sıra arzularının həyata keçməsini görmədiyini və bu dünyadan nisgilli köçdüyünü qeyd edib. Toplantıda iştirak edən digər şəxslər də M. Məmmədli haqqında xatirələrini danışıblar. Sonda mərhuma həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR