Bank Of Baku

Valeri Çeçelaşvili: “GUAM sammitində imzalanacaq Bakı Bəyannaməsində qurumun gələcək fəaliyyətinin istiqamətləri açıqlanacaq”

Valeri Çeçelaşvili: “GUAM sammitində imzalanacaq Bakı Bəyannaməsində qurumun  gələcək fəaliyyətinin istiqamətləri açıqlanacaq”
# 04 may 2007 16:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə GUAM-ın baş katibi Valeri Çeçelaşvili verib. O, GUAM-ın Bakı sammitində bir sıra sənədlər imzalanacağını bildirib: “Dövlət başçılarının imzalayacağı əsas sənəd Bakı Bəyannaməsidir. GUAM-ın gələcək fəaliyyətinin əsas prinsipləri bu sənəddə öz əksini tapacaq. Hazırda Bakı Bəyannaməsinin mətni üzərində iş davam edir. Bakıda müzakirə etdiyimiz digər sənədlər isə demək olar ki, hazırdır. Bu sənədlər multimodal nəqliyyat daşımaları, radar əməkdaşlığı sahəsində təhlükəsizlik, GUAM-ın elementləri və imtiyazları, Azərbaycanın GUAM-a sədrliyi dövründə gerçəkləşəcək proqram və başqa məsələlərlə bağlıdır”. Valeri Çeçelaşvili GUAM milli koordinatorları komitəsinin növbəti iclasının iyunun 16-17-də keçiriləcəyini deyib: “Bu gün keçirilən görüşün nəticələrinə dair protokolun razılaşdırılması sabah davam edəcək. Daha sonra bu protokol imzalandıqdan sonra biz işimizi başa çatdırmış olacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR