Bank Of Baku

Azərbaycan-ABŞ hərbi-siyasi məsləhətləşmələri bu ay da baş tutmayacaq

Azərbaycan-ABŞ hərbi-siyasi məsləhətləşmələri bu ay da baş tutmayacaq
# 04 may 2007 16:12 (UTC +04:00)
Azərbaycan və ABŞ arasında hərbi-siyasi məsləhətləşmələrin bu ay ərzində baş tutması gözlənilmir. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik məlumat verib. Hazırda görüşün yeri və vaxtının müəyyənləşdirilməsi üçün diplomatik kanallar vasitəsilə müzakirələr aparılır. C. Henikin sözlərinə görə, görüşdə iştirak edəcək ABŞ rəsmilərinin iş qrafiki gərgin olduğundan məsləhətləşmələrin növbəti aylarda keçirilməsi gözlənilir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2006-cı ildə dünyada insan haqlarının vəziyyəti ilə bağlı hesabatına Azərbaycanın əleyhinə düzəlişlər etdiyinə görə rəsmi Bakı aprelin 23-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşdə iştirakdan imtina etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR