Bank Of Baku

Valeri Çeçelaşvili: “Ukrayna və Moldovanın GUAM-ın təsis sənədlərini ratifikasiya etməməsi qurumun Bakı sammitinin keçirilməsinə mane olmayacaq”

Valeri Çeçelaşvili: “Ukrayna və Moldovanın GUAM-ın təsis sənədlərini ratifikasiya etməməsi qurumun Bakı sammitinin keçirilməsinə mane olmayacaq”
# 04 may 2007 14:27 (UTC +04:00)
Bu səbəbdən də GUAM sammitinə hazırlanan sənədlərin böyük əksəriyyətini bir gün ərzində razılaşdırmaq mümkün olub”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə GUAM-ın baş katibi Valeri Çeçelaşvili verib. O, Ukrayna və Moldovanın GUAM-ın təsis sənədlərini ratifikasiya etməməsinin bu qurumun Bakı sammitinin keçirilməsinə maneçilik törətməyəcəyini deyib: “Ukrayna Ali Radası buraxılıb, bu səbəbdən də onlar üçün sənədləri ratifikasiya etmək çətindir. Lakin bu sammitin keçirilməsinə maneçilik törətməyəcək. Biz GUAM-ın gələcəyinə inanır və əminik ki, təsis sənədlərinin olmaması sammitin təxirə salınması ilə nəticələnməyəcək”. Çeçelaşvili bu gün Bakıda keçirilən görüşdə GUAM sülhməramlı qüvvələrinin yaradılması məsələsinin də müzakirə olunduğunu bildirib: “Bu məsələ heç zaman gündəmdən çıxmayıb. GUAM sülhməramlı qüvvələri ayrıca ordu deyil, müvafiq hərbi birləşmələr olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR