Bank Of Baku

YAP “Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsində” mövzusunda konfrans keçirib

YAP “Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsində” mövzusunda konfrans keçirib
# 07 may 2007 15:29 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri Xiyabanda H. Əliyevin məzarını ziyarət ediblər. Konfransda çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov Azərbaycanın dövlət olaraq inkişafının və dünyaya inteqrasiyasının H. Əliyevin adı ilə bağlı olduğunu deyib. O, H. Əliyevin hakimiyyətdə olduğu müddətdə inqilabi islahatlar həyata keçirdiyini söyləyib. YAP sədrinin müavini Murtuz Ələsgərov “Heydər Əliyev və parlamentarizm” mövzusunda məruzə ilə çıxış edib. Hazırkı parlamentin Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin varisi olduğunu bildirin M. Ələsgərov parlamentin bu varisliyi şərəflə daşıdığını vurğulayıb: “Heydər Əliyev hələ Sovet hakimiyyəti zamanı xalqın rifahı naminə misilsiz xidmətlər göstərib”. M. Ələsgərov məhz H. Əliyevin təşəbbüsü ilə deputatların sayının 125 müəyyənləşdiyini, parlamentin fəaliyyəti dövründə vətəndaş cəmiyyətinin formalaşması, insan hüquqlarının qorunması ilə bağlı əhəmiyyətli qanunların qəbul olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov H. Əliyevin köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün atdığı addımlardan danışıb. H. Əliyevin həyat yolunun dərslik kimi gənclərə öyrədilməsinin vacib olduğunu bildirən natiq H. Əliyev universiteti və akademiyasının yaradılması təklifi ilə çıxış edib. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə H. Əliyevin və prezident İlham Əliyevin ekoloji sahədə atdığı addımlarla bağlı məlumat verib. O, son 4 ildə prezidentin sərəncamı ilə 7 dövlət qoruğunun yaradıldığını, xüsusi mühafizə olunan ərazilərin sahəsinin 915 min hektara çatdırıldığını diqqətə çatdırıb. Nazir “Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində 5.5 milyon ağacın əkildiyini də qeyd edib. Konfransda millət vəkilləri İsmayıl Hacıyev və Nizami Cəfərov da məruzə ilə çıxış ediblər. Tədbirdə “Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsində” adlı kitabın da təqdimatı olub.
Daha sonra konfrans öz işini bölmələrdə davam etdirib. Bölmələrdə “Heydər Əliyev yolu və Azərbaycan dövlətçiliyi”, “Davamlı islahatlar yolu”, “Azərbaycan inkişafın yeni mərhələsində: nəticələr və perspektivlər” mövzusunda müzakirələr aparılıb.
Qeyd edək ki, konfransa millət vəkilləri, hökumət nümayəndələri və ziyalılar qatılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR