Bank Of Baku

Aleksandr Yakovenko: “Sərhədlərin delimitasiyası üzrə Azərbaycan və Rusiya ekspertləri arasında məsləhətləşmələr davam edir”

Aleksandr Yakovenko: “Sərhədlərin delimitasiyası üzrə Azərbaycan və Rusiya ekspertləri arasında məsləhətləşmələr davam edir”
# 08 may 2007 09:52 (UTC +04:00)
“Sərhədlərin delimitasiyası üzrə Azərbaycan və Rusiya ekspertləri arasında periodik görüşlər və məsləhətləşmələr davam edir. Müzakirələrin tempi yaxşıdır və martın axırında Bakıda əldə olunmuş razılaşmalara uyğundur”. Bu sözləri APA-ya açıqlamasında Rusiya xarici işlər nazirini müavini, Rusiyanın Azərbaycan və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyasının sədri Aleksandr Yakovenko deyib. Onun sözlərinə görə, tərəflər növbəti görüşün vaxtının yetişdiyini hiss edən kimi, yeni toplantının vaxtı təyin ediləcək. Hələlik yığıncağın cari ilin ikinci kvartalında keçirilməsi planlaşdırılır. A. Yakovenko Moskvada keçiriləcək iclasda Bakıdakı görüşdə toxunulan və razılaşdırılmayan məsələlərin müzakirə ediləcəyini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR