Bank Of Baku

Təhsil Nazirliyində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

Təhsil Nazirliyində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib
# 08 may 2007 14:28 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə ölkədə fəaliyyət göstərən bir sıra ali məktəblərin rəhbərləri, müəllim heyəti iştirak edib. H. Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə təhsil sahəsində görülən işlər barədə məlumat verən təhsil naziri Misir Mərdanov bildirib ki, 13 il ərzində ölkədə məktəbə qədər tərbiyə müəssisələrinin sayı 1555-dən 1956-dək, orada tərbiyə alanların sayı isə 108 mindən 153 minə qədər artıb. 1970-ci ildə Azərbaycanda il ərzində 28300 şagird yerlik 90 məktəb tikildiyi halda, 1975-ci ildə bu rəqəm 2 dəfə artaraq 48200 yerlik 100 məktəb binası tikilib. Ötən əsrin 70-ci illərinin ortalarında 10 yaşdan yuxarı hər 1000 nəfərdən 546-sı, 1979-cu ildə isə 879-u ali və orta təhsilli olub. 1970-1982-ci illərdə ölkədə 5 yeni ali məktəb yaradılıb, SSRİ-nin 170-dən çox ali məktəbində ümumilikdə 15 min nəfərdən artıq azərbaycanlı tələbə təhsil alıb. Azərbaycanda ilk hərbi məktəb yaradılıb.
M. Mərdanov onu da qeyd edib ki, H. Əliyevin təşəbbüsü ilə 1999-cu ildə “Təhsildə islahatlar proqramı” təsdiqlənib. Dövlət büdcəsindən təhsilə ayrılan vəsait hər il artırılır. Hazırda Heydər Əliyev Fondu tərəfindən məktəblərin tikintisi həyata keçirilir və bu günədək 200-dən artıq məktəb binası tikilib istifadəyə verilib. Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və digərləri çıxış edərək, H. Əliyevin təhsil sahəsində rolundan danışıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR