Abbas Lisaniyə həbsxanada təzyiq edilir
08 may 2007 12:57 (UTC +04:00)
İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisaniyə həbsxanada təzyiq edilir. Onun həyat yoldaşı Ruqəyya Lisani APA-ya açıqlamasında bildirib ki, A. Lisaninin saxlanıldığı yerə kamera yerləşdirilib və onun bütün hərəkətləri nəzarət altındadır. O, A. Lisaninin telefon danışıqlarına da məhdudiyyət qoyulduğunu deyib: “Bununla bağlı həbsxana rəhbərliyinə müraciət edən Abbas Lisani əvəzində cəzaçəkmə müəssisəsinin xüsusi xidmət şöbəsinin rəisi tərəfindən təhqirə məruz qalıb. Hüquqlarını tələb edən Abbas Lisani şöbə rəisi tərəfindən yumruq zərbəsi alıb. Şöbə rəisi deyib ki, əlində olsa, onu boğub öldürər”. Ruqəyya xanımın sözlərinə görə, İran hökumətinə ünvanlanan müraciətlər də cavabsız qalıb və A. Lisaninin azad olunması ilə bağlı tələblərə məhəl qoyulmur.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin noyabrında tutularaq barəsində cinayət işi açılıb. O, İranın dövlət quruluşuna qarşı fəaliyyətdə və milli ədavətin qızışdırılmasında ittiham edilir. Mayın 17-də Təbriz şəhər Məhkəməsində A. Lisaninin məhkəmə prosesi keçiriləcək. /APA/

Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024