Bank Of Baku

Əfqanıstana sülhməramlılar göndərmiş ölkələrin Xarici İşlər və Müdafiə nazirliklərinin mətbuat katiblərinin Londonda görüşü keçirilir

Əfqanıstana sülhməramlılar göndərmiş ölkələrin Xarici İşlər və Müdafiə nazirliklərinin mətbuat katiblərinin Londonda görüşü keçirilir
# 10 may 2007 09:10 (UTC +04:00)
Əfqanıstanda sülhməramlı missiyada iştirak edən ölkələrin Xarici İşlər və Müdafiə nazirliklərinin mətbuat katiblərinin Londonda görüşü keçirilir. Görüşdə Azərbaycanı təmsil edən XİN-in mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, tədbirdə, həmçinin, NATO-nun ictimai diplomatiya nümayəndələri də iştirak edirlər. NATO və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iki günlük görüşün məqsədi ictimai diplomatiyanın daha uyğunlaşdırılmış və effektli xəttini müəyyən etməkdir. Görüşdə iştirak edən mətbuat katibləri bu mövzuda müzakirələr aparacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR