Bank Of Baku

Əfşar Süleymani: “İmkanım daxilində bundan sonra da ölkələrimizin yaxınlaşmasına çalışacağam”

Əfşar Süleymani: “İmkanım daxilində bundan sonra da ölkələrimizin yaxınlaşmasına çalışacağam”
# 10 may 2007 13:30 (UTC +04:00)
Beynəlxalq Ekspert və Müdafiə Mərkəzi İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymanini “Fəxri qonaq” diplomu ilə təltif edib. APA-nın məlumatına görə, bu münasibətlə keçirilən mətbuat konfransında mərkəzin sədri Şəmsiyyə Bəylərqızı sabiq səfirin İran-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərdən danışıb. Ə. Süleymani isə Azərbaycanı doğma ölkə saydığını bildirib: “Aprelin 14-də Bakı Dövlət Universitetinin aspirantı kimi tarix elmləri namizədi elmi adını müdafiə etdim. Oğlum da Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alır. Bu baxımdan Bakıya tez-tez gəlirəm. Səfir kimi diplomatik fəaliyyətim sona çatsa da, imkanım daxilində bundan sonra da ölkələrimizin yaxınlaşmasına çalışacağam”. Ə. Süleymani hazırda İran Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri üzrə baş eksperti vəzifəsində işlədiyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR