Bank Of Baku

Əfşar Süleymani: “İran Azərbaycanla viza rejimini aradan qaldırmağa hazırdır”

Əfşar Süleymani: “İran Azərbaycanla viza rejimini aradan qaldırmağa hazırdır”
# 10 may 2007 13:50 (UTC +04:00)
“İki ölkə arasında viza rejiminin tətbiqinin aradan qaldırılması ilə bağlı 1993-cü ildən bu günə qədər İran tərəfi dəfələrlə təkliflər verib. Amma Azərbaycan viza rejiminin ləğvinə dair mövqeyini hələ konkret bildirməyib”. Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri, İran Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri üzrə baş eksperti Əfşar Süleymani deyib. O bildirib ki, viza rejiminin ləğvi ilə bağlı indiyə qədər iki sənəd imzalanıb, xarici işlər nazirlərinin ötən il keçirilən görüşündə isə razılaşma əldə edilib. Diplomatın sözlərinə görə, Azərbaycan tərəfi razılıq verərsə, bu məsələnin həllində heç bir problem olmayacaq: “1992-ci ildən bu məsələ aktualdır. 1990-cı illərin əvvəllərində İranla sərhəd bölgələrdə yaşayan insanlar sadələşdirilmiş viza rejimindən istifadə edirdilər. İndi bu da yoxdur. Fikrimcə, hər iki ölkənin vətəndaşlarını narahat edən bu problemi aradan qaldırmağın vaxtı çatıb. İran hər zaman bu məsələnin həllinə hazırdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR