Bank Of Baku

Ağəli Alışov: “Ermənilər “Qarabağ bizimdir” deyəndə dözmədim”

Ağəli Alışov: “Ermənilər “Qarabağ bizimdir” deyəndə dözmədim”
# 10 may 2007 14:57 (UTC +04:00)
O, APA-ya açıqlamasında gələn həftə xəstəxanadan çıxacağını bildirib. A. Alışovun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanaya gələrək ona bir sıra suallar ünvanlayıblar və xəstəxanadan çıxandan sonra istintaq tərəfindən dindiriləcək. Soydaşımız rusiyalı vəkil Namiq Əzimovun onu könüllü müdafiə etdiyini deyib. A. Alışov baş vermiş hadisədə erməniləri günahlandırıb: “Onlar qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını, daha doğrusu, bir əski parçasını dalğalandırmaq istəyirdilər. Mən xahiş etdim ki, buna ehtiyac yoxdur, bayrağı aşağı endirin. İsrar etsələr də, əvvəlcə onlara cavab vermək istəmədim. Düşündüm ki, həmin universitetdə təhsil alan dostlarıma problem yarada bilərəm. Mən orada oxumuram, sadəcə, Xalqlar Dostluğu Universitetinin yaxınlığında idman zalım var. Onlar məni təhqir etdilər. Buna da dözdüm. Amma Azərbaycan dövlətini təhqir edəndə, “bu bayrağı bütün Azərbaycanda dalğalandıracağıq”, “Qarabağ bizimdir” deyəndə cavab verdim. Qondarma qurumun bayrağının dəstəyi ilə məni vurmaq istəyəndə həmin əski parçasını əllərindən alıb cırdım. Bu anda üç güllə açıldı. Güllələrdən biri qarnıma dəydi”. Ona atəş açanın kimliyi haqda məlumatsız olduğunu bildirən A. Alışov həmin şəxsin tapılaraq cəzalandırılmasını tələb etdiyini deyib: “Yəqin ki, dövlətimiz bu işi diqqət mərkəzində saxlayacaq, günahkarların cəzalandırılmasını tələb edəcək. Bu hadisə əvvəlcədən təşkil olunmuş təxribat idi. Ona görə də baş verənlərə obyektiv qiymət verilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR