Bank Of Baku

YAP-ın Bakı rayon təşkilatlarının Heydər Əliyevin doğum gününə həsr olunmuş mini-futbol turniri başa çatıb

YAP-ın Bakı rayon təşkilatlarının Heydər Əliyevin doğum gününə həsr olunmuş mini-futbol turniri başa çatıb
# 10 may 2007 15:09 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Bakı rayon təşkilatlarının Heydər Əliyevin doğum gününə həsr olunmuş mini-futbol turniri bu gün başa çatıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Şəfa” stadionunda keçirilən final oyununda Əzizbəyov rayon təşkilatının futbol komandası Sabunçu rayon təşkilatının futbol komandası ilə qarşılaşıb. Sabunçu rayon təşkilatının komandası 6:5 hesabı ilə Əzizbəyov rayon təşkilatına qalib gəlib və birinci yeri tutub. Final oyununda tamaşaçı kimi iştirak edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov kuboku qalib komandaya təqdim edib. Qaliblərə və həmçinin ikinci və üçüncü yerin sahiblərinə pul və digər mükafatlar təqdim olunub. Qeyd edək ki, mini-futbol turniri aprelin 23-dən başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR