Bank Of Baku

Əli Əhmədov Gürcüstan parlamentinin deputatlarını qəbul edib

Əli Əhmədov Gürcüstan parlamentinin deputatlarını qəbul edib
# 11 may 2007 10:47 (UTC +04:00)
Heydər Əliyevin doğum günün 84-cü ildönümündə iştirak etmək üçün Gürcüstan parlamentinin Azərbaycana gəlmiş nümayəndə heyəti bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov və onun müavinləri ilə görüş keçirib. APA-nın məlumatına görə, 20 deputatdan ibarət nümayəndə heyətinə Kamal Muradxanlı rəhbərlik edib. Ə. Əhmədov görüşdə Azərbaycanla Gürcüstan arasındakı münasibətlərdən söz açıb və bu münasibətlərin inkişaf etdiyini vurğulayıb. Hər iki ölkənin ərazisində münaqişələrin olduğunu bildirən Ə. Əhmədov bu problemlərin həlli zamanı qarşılıqlı yardımların edilməsini zəruri sayıb. Gürcüstanlı deputatlar da öz növbəsində iki ölkə arasındakı münasibətlərin əhəmiyyətli olduğunu və bunu davam etdirməkdə maraqlı olduqlarını qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR