Qüdrət Həsənquliyev: “Hakimiyyət dövlətin maraqları naminə həbsdə olan jurnalistləri azadlığa buraxmalıdır”
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında bununla bağlı heç bir müzakirələr aparılmır. Amma biz hesab edirik ki, mərkəzçi qüvvələr blokunu yaradaraq, seçkilərdə vahid namizədlə iştirak etmək mümkündür.
- Son olaraq, ADP iqtidarla dialoq təklifi ilə çıxış etmişdi. Ümumiyyətlə, prezident seçkisi öncəsi iqtidarla müxalifət arasında dialoqun olması nə qədər realdır?
- Bu dialoqa çox böyük ehtiyac var. Amma ADP-nin dialoq təklifi bizim təklifdən fərqlidir. Fərq ondadır ki, ADP hökuməti yerli-yersiz tərifləyir və iqtidarda müsbət doğru böyük dəyişikliklər olduğu üçün dialoqu zəruri saydıqlarını deyib. Amma biz iqtidarla müxalifət arasında vəziyyət yaxşı olmadığına görə, dialoqun zəruriliyini qeyd etmişdik. Əslində biz bu gün ona görə məmnunuq ki, təklifimizi top-tüfənglə qarşılayan qüvvələr indi mövqelərində ciddi dəyişiklər ediblər. Bəziləri isə hətta parlamentdə hökuməti tərifləməkdən və hesabatının lehinə səs verməkdən belə çəkinmirlər.
- Seçki təcrübəsi olan bir şəxs kimi Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşdırılması ilə bağlı Sizin təklifiniz nədir?
- Azərbaycanda seçkinin demokratikliyini seçki komissiyalarının formalaşmasına bağlamaq düzgün deyil. Bəzi beynəlxalq təşkilatların və müxalifət partiyalarının seçki komissiyalarının paritet əsaslarla formalaşması təklifinin demokratik seçki keçirilməsi üçün başlıca amil olması ilə bağlı yanaşmaları düzgün deyil. Demokratik seçki keçirilməsi üçün birinci növbədə Azərbaycanda normal iqtidar-müxalifət münasibətləri formalaşmalıdır. Biz təklif edirik ki, parlamentdə ən çox deputatı olan müxalifət partiyasına iki, parlamentdə daha az yerlə təmsil olunmuş və hökumətin hesabatının əleyhinə səs vermiş partiyalara bir, parlamentdən kənardakı müxalifətə isə iki yer verilməlidir. Alt komissiyalar da eyni prinsiplə formalaşmalıdır. Əgər belə olmayacaqsa, o zaman artıq MSK-nın heç bir önəmi qalmır. Bu qurum ləğv edilməli, seçkinin keçirilməsi bəzi ölkələrdə olduğu kimi Ədliyyə və ya Daxili İşlər Nazirliyinə tapşırılmalıdır. O halda seçkinin bütün məsuliyyəti də hökumətin üzərinə düşür, beynəlxalq ictimaiyyətə də hökumət cavab verir.
- Son vaxtlar ən çox mətbuatla bağlı problemlər müzakirə mövzusudur...
- Bu məsələdə ziddiyyətli məqamlar var. Mənim fikrimcə, bəzi məmurlar ölkə başçısını beynəlxalq təşkilatlarla üz-üzə qoymağa çalışır, buna görə də problem yaradırlar. Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı BMT, ATƏT, Avropa Şurasının və digər beynəlxalq media qurumlarının nümayəndələri bəyanatla çıxış edib. Hazırkı vəziyyət beynəlxalq təşkilatların narazılığına səbəb olursa, deməli, daha ciddi düşünməyə ehtiyac var. Ona görə ki, Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var, bu qədər böyük problemi olan ölkə beynəlxalq təşkilatlarla münasibətlərin gərginliyindən yayınmalıdır. Bu Azərbaycanın əsas problemlərinin həllinə mənfi təsir göstərə bilər. Təəssüf ki, bu gün bəzi beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtina ediləcəyi haqda açıqlamalar da verilir. Bu, Azərbaycan dövlətini açıq qarşıdurmaya çəkməkdir. Hakimiyyət dövlətin maraqları naminə həbsdə olan jurnalistləri azadlığa buraxsa, yaxşı olar.
- Amma bu problemi həll etməyəcək. Çünki yenə də jurnalistlər böhtan və təhqirə görə məhkəməyə verilərək, həbs olunacaqlar. Bəlkə Milli Məclis “Diffamasiya haqqında” qanunun qəbulunu tezləşdirməlidir?
- Məncə, Azərbaycanda belə qanunun qəbul edilməsi hələ tezdir. Çünki indiki vəziyyətdə bizim mətbuatımız və cəmiyyətimiz hələ buna hazır deyil. Nə qədər mətbuat şayiə əsasında xəbər yazır, təhqir və böhtana görə məsuliyyət qüvvədə qalmalıdır. Əgər bu məsuliyyət aradan qaldırılsa, o zaman gərək münasibətlər şəxsi müstəvidə həll edilsin, bu isə təsəvvürə gəlməz anarxiya yarada bilər.
- Məsələ ondadır ki, bu gün belə bir məsuliyyət var, amma yenə də böhtan və təhqir yazılır. Özü də bu daha kütləvi formadadır. Bəlkə, KİV haqında qanunda dəyişiklik edib, mətbuatın lisenziya alma qaydalarını və ya Əmək Məcəlləsinə riayət prinsiplərini sərtləşdirib, “Diffamasiya haqqında” qanun qəbul etmək daha məqbuldur...
- Mən “Diffamasiya haqqında” qanunun tətbiq olunmasının tərəfdarıyam. Amma bu gün onun qəbulunu vaxtından tez hesab edirəm. Mətbuatdaxili problemlər sistemli şəkildə öz həllini tapmayana qədər bu qanunun qəbul olunması normal fəaliyyət göstərən ciddi mətbuat orqanlarının da iş fəaliyyətinə mənfi təsir göstərəcək. Siz də bu məsələdən əziyyət çəkəcəksiniz.
- Sonuncu Amnistiyaya aktına münasibətiniz necədir?
- Amnistiya aktını çox normal qəbul edirəm. Belə aktın qəbul edilməsinə zərurət vardı. Akt qanunvericilik baxımından da peşəkarcasına hazırlanmışdı. Məncə, bu Amnistiya aktı jurnalistlərə də tətbiq olunsaydı, daha yaxşı olardı. Amma onu da mütləq qeyd etmək istəyirəm ki, 1995-ci ildən indiyə qədər Azərbaycanda 8 amnistiya, 32 əfv fərmanı verilib. Fikrimcə, bu Amnistiya aktından sonra uzun bir fasiləyə ehtiyac var. Çünki belə qərarların tez-tez qəbul olunması dövlətin cəza siyasətini zəiflədir. Onsuz da Cinayət Məcəlləsində cəza müddətində özünü normal aparan qaydalara riayət edən şəxsin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi və ya daha yüngül cəza ilə əvəzlənməsi kimi müddəalar var. Amma Amnistiya aktı kütləvi tətbiq olunanda burda məhbusun cəzaçəkmə müəssisəsində özünü aparma normaları və s nəzərə alına bilmir. Çünki akt maddəyə tətbiq edilir. Məsələn, SSRİ dövründə belə məsələlərdə daha çox ictimai qınağa üstünlük verilirdi. Tutaq ki, cinayət törədən şəxsin yaxınına heç vaxt dövlət mükafatı verilməzdi. İndi məndə fakt var ki, axtarışda olan adamın qardaşı hüquq-mühafizə orqanlarında yüksək vəzifəyə qəbul olunub. Belə olan halda cinayətkarlara qarşı hansı mübarizədən söhbət gedə bilər? Yəni eyni zamanda cinayətdən zərərçəkən şəxslərin də maraqları nəzərə alınmalıdır və belə məsələlərdə ictimai qınağa daha çox üstünlük verilməlidir.
- Parlamentin sonuncu toplantısında Azərbaycanın dövlət himnində ixtisarlar aparılması barədə təklif verdiniz...
- Mən dəfələrlə beynəlxalq idman yarışlarında himnimizin ifası zamanı səs-küy yarandığının şahidi olmuşam. Dünyada adətən himnlə bağlı qəbul olunmuş standartlarda 2 dəqiqəyə qədərdir. Bizim himn isə 4 dəqiqədir. Himn ifa edilən zaman insanlar yorulur, söhbətə, səs-küyə başlayırlar. Bu özü himnə qarşı hörmətsizlikdir. Ona görə də mən himnin qısaldılmasını təklif etdim.
- Siz parlamentin futbol komandasında da təmsil olunurdunuz. Məşqləriniz davam edir?
- Məşqlərimiz o qədər də intensiv deyil. Amma hərdən oynayırıq. Rumıniyadakı həmkarlarımızla oyunumuz o ölkədə baş verən böhranla bağlı təxirə salınandan sonra mütəmadi məşqlər etmirik. Bu il mayın 28-də türkiyəli həmkarlarımızı yoldaşlıq görüşünə dəvət etmək fikrində idik. Amma indi də Türkiyədəki millət vəkilləri futbol oynayacaq əhval-ruhiyyədə deyillər. Ona görə də hələlik başqa bir ölkəyə təklif göndərmək barədə düşünmürük. /APA/
Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
Peskov: Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şərurda regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
UN-Habitatın icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Ceyhun Cəlilov: Su və torpaq resurslarından səmərəli istifadə əsas prioritetlərdəndir
Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib
Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb
Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib - YENİLƏNİB
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
İran XİN sözçüsü İsveçrədə ABŞ-la texniki danışıqların başladığını təsdiqləyib - YENİLƏNİB
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim olunub - YENİLƏNİB-1 - FOTO
Dron hücumu ilə əlaqədar Moskvanın bütün aeroportları müvəqqəti bağlanıb - YENİLƏNİB
Pakistan lideri: ABŞ-İran danışıqları müsbət atmosferdə keçib, ümidverici irəliləyiş əldə edilib
İcra başçısı: Şərurda kənd təsərrüfatının bir çox sahəsində inkişafa nail olunub
Dövlət qulluqçularının peşə bayramı: məsuliyyət, peşəkarlıq və xidmət missiyası
Azərbaycan Müəllim İnkişafı Mərkəzi növbəti Cambridge CELTA kurslarına start verib - FOTO
Sərdar Berdiməhəmmədov Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İsmayıllıda iki avtomobil toqquşub, bir nəfər ölüb - YENİLƏNİB
Rafail Quliyev: Müasir suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına güclü təkan verəcək
Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətinə qaytarılıb
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib - FOTO
Bu il Naxçıvanda 20 min hektar sahədə payızlıq taxıl əkini aparılacaq
İsDB-in İllik Toplantıları 6 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirmə sazişləri ilə başa çatıb
Naxçıvanda kənd təsərrüfatı sahəsində dövlət dəstəyi ilə kooperativ yaradılacaq
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - YENİLƏNİB
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Starmer: Leyboristlər Partiyasının yeni liderinin seçkiləri iyulun 9-da başlayacaq
İlham Bayramov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır
Gürcüstanda azərbaycanlıların sayı artıb
ADSEA: Naxçıvanın iqlimi su ehtiyatlarından daha səmərəli istifadəni aktual məsələyə çevirir
Sabahın hava proqnozu açıqlanıb
Britaniyanın Baş naziri Starmer istefa verib
Numan Kurtulmuş Azərbaycana səfər edəcək
"Tasnim": İsveçrədə İran-ABŞ danışıqlarında nüvə məsələsi müzakirə edilməyib
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Qardaşıgilə qonaq gedən Bakı sakini 8-ci mərtəbədən yıxılaraq ölüb
Milli Məclisin sədri Əli Xamenei ilə vida mərasimində iştirak edəcək
Bakıda müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb
Kürdəmirdə 43 yaşlı kişi kanalda boğulub
BŞTİ: Bu il 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
Bakıda 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib
Dünən keçirilən imtahanların nəticələri 10 gün sonra elan olunacaq
Naxçıvanın aqrar sektoru üzrə göstəricilər açıqlanıb
Nazir: Dövlət Proqramı üzrə tələb olunan investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir
DSMF: Sosial yardımlar iyunun 24-dən gec olmayaraq ödəniləcək
Azad edilmiş ərazilərdə daha 113 mina, 514 PHS aşkarlanıb
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub