Bank Of Baku

Bəhram Xəlilov: “Hər bir dövlət qulluğuna işə qəbul mərkəzləşdirilmiş qaydada aparılmalıdır”

Bəhram Xəlilov: “Hər bir dövlət qulluğuna işə qəbul mərkəzləşdirilmiş qaydada aparılmalıdır”
# 11 may 2007 14:39 (UTC +04:00)
APA-nın xəbərinə görə, B. Xəlilov klub üzvlərinə komissiyanın fəaliyyəti, hazırda görülən işlər barədə geniş məlumat verib. Dövlət qulluğu vəzifələrində vakant yerlər üzrə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulunun davam etdirdiyini bildirən komissiya sədri aprelin 28-də 15 dövlət orqanındakı vakant yerlər üzrə test imtahanları keçirildiyini, imtahanda uğur qazanmış namizədlərin ikinci mərhələdə şifahi müsahibədə iştirak etdiklərini bildirib.
Komissiya sədri hesab edir ki, gələcəkdə hər bir dövlət qulluğuna, o cümlədən hüquq-mühafizə orqanlarına işə qəbul mərkəzləşdirilmiş qaydada aparılmalıdır. B. Xəlilov dövlət qulluğuna qəbulun şəffaf şəkildə keçirildiyini də nəzərə çatdırıb. O, “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq, dövlət qulluqçularının qiymətləndirilməsi (attestasiya) prosesinin keçiriləcəyini, Milli Məclisdə qəbul edilən müvafiq qanun prezident tərəfindən imzalandıqdan sonra qiymətləndirmə sisteminin tətbiqi üçün treninq elan ediləcəyini diqqətə çatdırıb. Qiymətləndirmənin cəza tədbiri olmadığını bildirən komissiya sədri qeyd edib ki, bu, vəzifədə yüksəlişi təmin etmək və kadrların zəif tərəflərini aşkarlamaq məqsədi ilə həyata keçirilən prosesdir. B. Xəlilovun sözlərinə görə, hazırda Milli Məclisdə müzakirə edilən “Dövlət qulluqçusunun etik davranış kodeksi” qəbul ediləndən sonra hər bir dövlət orqanı öz standartlarını müəyyənləşdirməli, vətəndaşlar dövlət qulluqçularının onlarla necə davranmalı olduqlarını bilməlidirlər. Adıçəkilən sənədin qəbulundan sonra komissiya tərəfindən müvafiq normativ aktlar da qəbul ediləcək.
B. Xəlilovun fikrincə, dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanları fərqli proses olmalı, qəbul zamanı subyektiv faktorlar kənara qoyulmalı, spesifik test imtahanı xarakteri daşımalıdır. Komissiya sədrinin sözlərinə görə, təkmilləşmə prosesinə yay aylarından başlanacaq, çox güman ki, ilin sonlarına qədər sistemi yaradıb, işə keçmək mümkün olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR