Bank Of Baku

VİP sədri ABŞ diplomatı ilə görüşüb

VİP sədri ABŞ diplomatı ilə görüşüb
# 11 may 2007 14:42 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Rebekka Naslind ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş tanışlıq xarakteri daşıyıb. Diplomat partiyanın məram və vəzifələri, gələcək fəaliyyət istiqamətləri, partiyanın “Azadlıq” blokundakı fəaliyyəti ilə maraqlanıb. Görüşdə həmçinin ABŞ-ın Azərbaycanda prioritet saydığı demokratiya, qlobal təhlükəsizlik və enerji təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi də aparılıb. R. Naslind partiyanın dövlət qeydiyyatına alınmamasının səbəbləri ilə də maraqlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR