Bank Of Baku

Azərbaycan, Ukrayna və Gürcüstan prezidentləri arasında üçtərəfli görüş keçirilib

Azərbaycan, Ukrayna və Gürcüstan prezidentləri arasında üçtərəfli görüş keçirilib
# 11 may 2007 14:46 (UTC +04:00)
APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçıları Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat GUAM-ın Kiyevdə fəaliyyətə başlayacaq katibliyinin işini və qurumun iyun ayında Bakıda keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. Zirvə toplantısına hazırlıqla bağlı işçi qrupu iyunun 1-dən Kiyevdə fəaliyyətə başlayacaq. “Dondurulmuş münaqişələr”ə ümumi yanaşmanın razılaşdırılması və GUAM-ın sülhməramlı batalyonunun yaradılması məsələləri də diqqət mərkəzində olub. V. Yuşşenko görüşdə bildirib ki, GUAM-ın fəaliyyət istiqamətlərindən biri də 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlıqla bağlı ümumi tədbirlər görülməsindən ibarət ola bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR