Bank Of Baku

Lalə Şövkət: “Azadlıq” blokundan çıxacağımla bağlı məlumatlar həqiqətəuyğun deyil”

Lalə Şövkət: “Azadlıq” blokundan çıxacağımla bağlı məlumatlar həqiqətəuyğun deyil”
# 11 may 2007 15:04 (UTC +04:00)
“Mənim “Azadlıq” blokundan çıxacağımla bağlı məlumatlar həqiqətəuyğun deyil. Blokdan çıxmaq fikrim yoxdur və bu qurumda fəaliyyətimi davam etdirəcəyəm”. Bunu APA-ya açıqlamasında Milli Birlik Hərəkatının lideri Lalə Şövkət blokdan istefa verəcəyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərkən deyib. Belə məlumatların yayılmasında jurnalistləri günahlandıran hərəkat lideri hesab edir ki, bəzi yazarlar yuxuda gördüklərini qələmə alırlar. Blok daxilində 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı heç bir müzakirə aparılmadığını qeyd edən L. Şövkət bununla bağlı vahid qərarlarının olduğunu deyib: “Bizim birmənalı qərarımız var ki, əgər şəraiti dəyişə bilməsək, prezident seçkilərində iştirak etməyəcəyik. Bu gün sərbəst toplaşmaq hüququ qadağan olunduğu, rayonlara getməyimizə imkan verilmədiyi bir şəraitdə hansı prezident seçkisindən, hansı bərabər mübarizə aparmaq imkanından söhbət gedə bilər? Ona görə yenidən həmin teatrda iştirak etməyin əleyhinəyəm. Özünə hörmət edən adam kimi dekorasiya rolunu oynamağı özümə rəva bilmirəm. Əgər şəraiti dəyişsək, sözsüz ki, blok olaraq seçkilərdə iştirak edəcəyik”.
“Azadlıq” blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Lalə Şövkətin blokdan istefa verəcəyi ilə bağlı məlumatların doğru olmadığını deyib. O, blok daxilində prezident seçkiləri ilə bağlı müzakirələrin aparıldığını da qeyd edib: “Amma bu, vahid namizədlə bağlı yox, seçkilər ərəfəsində şəraitin dəyişməsi üçün atılacaq taktiki addımlarla bağlı olub. Əgər şərait dəyişsə, o zaman blokun vahid namizədini müəyyənləşdirməkdə problem olmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR