Bank Of Baku

Lalə Şövkət: “Müxalifət partiyalarının Seçki Məcəlləsinə dəyişikliklə bağlı vahid mövqedən çıxış edə bilməməsi çox pis haldır”

Lalə Şövkət: “Müxalifət partiyalarının Seçki Məcəlləsinə dəyişikliklə bağlı vahid mövqedən çıxış edə bilməməsi çox pis haldır”
# 11 may 2007 15:22 (UTC +04:00)
“Müxalifət partiyalarının Seçki Məcəlləsinə dəyişikliklə bağlı vahid mövqedən çıxış edə bilməməsi çox pis haldır”. Bunu APA-ya açıqlamasında Milli Birlik Hərəkatının lideri Lalə Şövkət bildirib. Seçki Məcəlləsi ilə bağlı müxalifətin vahid mövqe nümayiş etdirməsinin vacib olduğunu deyən L. Şövkət məhz bu məqsədlə 2005-ci ildə Müsavatla yollarının ayrılmasına baxmayaraq, əməkdaşlıq əli uzatdıqlarını və vahid sənədlə çıxış etməklə bağlı təklif irəli sürdüklərini qeyd edib: “Amma biz təəssüf edirik ki, bu dəfə də Müsavat rəhbərliyi təklifləri qəbul etmədi və öz təklifləri ilə çıxış etdi. Biz də “Azadlıq” bloku olaraq öz layihəmizi hazırlayıb müvafiq təşkilatlara göndərdik”. Blokun əlavə və dəyişikliklərlə bağlı layihəni Venesiya Komissiyasına göndərdiyini deyən L. Şövkət əsas tələbin Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi olduğunu bildirib: “Bu öhdəliklərin yerinə yetirilməsi Azərbaycanın beynəlxalq nüfuzu üçün vacibdir. Blokun da əsas meyarı Azərbaycanda həqiqətən azad seçkilərin keçirilməsidir. Biz bunun üçün çalışırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR