Bank Of Baku

Tiflisdə “Qloballaşma və mədəniyyətlərin dialoqu” adlı beynəlxalq tədbir keçiriləcək

Tiflisdə “Qloballaşma və mədəniyyətlərin dialoqu” adlı beynəlxalq tədbir keçiriləcək
# 11 may 2007 16:05 (UTC +04:00)
Mayın 24-25-də Tiflisdə “Qloballaşma və mədəniyyətlərin dialoqu” adlı beynəlxalq tədbir keçiriləcək. Tədbirin təşkilatçılarından biri, Avrasiya Dialoqu Platforması Təşkilatının Azərbaycan təmsilçisi, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enis Cansevər APA-ya bildirib ki, tədbir Gürcüstanın Xarici İşlər, Təhsil, Mədəniyyət və İdman nazirlikləri, Beynəlxalq Təhsilə Dəstək və İş Həyatı Dayanışma Fondu, Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, “Gürcüstan-Azərbaycan Dostluq Evi”nin sədri Giuli Alasaniyanın rəhbərlik etdiyi Avrasiya Dialoqu Platforması Təşkilatının Gürcüstan Milli Komitəsinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə ABŞ, Almaniya, Azərbaycan, Çexiya, Fransa, İngiltərə, İran, Türkiyə, Rusiya və digər ölkələrdən nümayəndələr iştirak edəcək. Gürcüstan prezidenti M. Saakaşvilinin himayəsi altında keçiriləcək tədbirə Azərbaycandan E. Cansevər, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, millət vəkili Qənirə Paşayeva və digər şəxslər dəvət edilib. Dünyada mədəniyyətlərarası dialoqun, tolerantlığın yayılması, zorakılıq və terror əleyhinə müzakirələrin açılacağı tədbirdə Gürcüstan katolikos patriarxı II İlyanın da iştirakı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR