Bank Of Baku

Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin 117-ci iclasında çıxış edib

Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin 117-ci iclasında çıxış edib
# 11 may 2007 17:07 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov 10-11 may tarixlərində keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 117-ci iclasında iştirak etmək üçün Strasburqda olub. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqlə görüş keçirib. O, Azərbaycan ərazilərinin hələ də Ermənistan tərəfindən işğal altında saxlanıldığını, qaçqın və məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmaq hüququnun pozulduğunu komissarın diqqətinə çatdırıb. T. Hammerberq isə Azərbaycana böyük diqqət yetirdiyini bildirərək ölkəyə səfər etmək və bunun nəticəsində müvafiq tematik məruzə hazırlamaq niyyətində olduğunu söyləyib. Həmin gün E. Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” Monitorinq Qrupunun üzvləri ilə də görüşüb. Görüşün əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. E. Məmmədyarov münaqişənin nizamlanması üçün aparılan danışıqlar barədə qrupu məlumatlandırıb və bildirib ki, Ermənistan Avropa Şurasının ləyaqətli üzvünə çevrilmək üçün işğal etdiyi Azərbaycan ərazilərini boşaltmalıdır. “Aqo” qrupunun üzvləri isə yay aylarında Azərbaycana səfər etmək niyyətində olduqlarını deyiblər.
E. Məmmədyarov AŞ Nazirlər Komitəsinin 117-ci rəsmi iclasında çıxış edib. O, çıxışında Avropa qitəsində hələ də həll edilməmiş münaqişələrin mövcudluğundan narahatlığını ifadə edərək hələ də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanıldığını, etnik təmizləməyə məruz qalmış bir milyona yaxın azərbaycanlının öz doğma yerlərinə qayıtmaq hüququndan məhrum olduğunu vurğulayıb. Nazir bu cür faktları Avropa Şurasının əsas dəyərlərini təşkil edən insan hüquqları, demokratiya və qanunun aliliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib.
Sessiyanın sonunda yekun sənəd qəbul edilib. Sənəddə Avropa qitəsində münaqişələrin mövcudluğundan narahatlıq ifadə olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR