Bank Of Baku

Şükrü Elekdağ: “Türkiyə Ermənistan vətəndaşlarına vizaların verilməsini dayandırmalıdır”

Şükrü  Elekdağ: “Türkiyə Ermənistan vətəndaşlarına vizaların verilməsini dayandırmalıdır”
# 12 may 2007 08:58 (UTC +04:00)
APA-nın Türkiyə bürosuna verdiyi açıqlamasında Ş.Elekdağ bildirib ki, buna cavab olaraq Türkiyə Ermənistan vətəndaşlarına sərhəddə vizaların verilməsi prosesini bir müddət dayandırmalıdır: “Bir tərəfdən, Ermənistan Türkiyədən sərhədlərini açmağı tələb edir, digər tərəfdən, türk təmsilçilərinə viza vermir. Bu, ikiüzlü siyasətin məhsulu olan bir mövqedir. Ermənistan həmişə Türkiyənin Avropa Birliyindən və ABŞ-dan çəkindiyini düşünür ve rəsmi Ankaranın buna reaksiya verməyəcəyinə inanaraq bu addımları atır. Lakin bu dəfə mütləq reaksiya verilməlidir. Ermənistan vətəndaşlarına sərhəddə 1 ay viza verilməməlidir. Bu şəkildə Ermenistana atdığı addımların həmişə cavablandırılacağına dair mesaj verilmelidir. Əgər özümüzə hörmət ediriksə, mütləq bu addımı atmalıyıq. Hər halda Ermənistan orada baş verən proseslərin Türkiyə tərəfindən müşahidə edilməsini istəmir. Türk müşahidəçiləri Ermənistana getmək üçün təkid etməlidir. Ermənistan viza verməsə, biz də sərhəddə onlara viza verməməliyik”.
ATƏT-in bu hadisə ilə bağlı atacağı addımlara gəldikdə isə Ş.Elekdağ hesab edir ki, Avropa təşkilatı öz heyətinə sahib çıxmalıdır: “Türk millət vəkilləri Ermənistana buraxılmadığına görə, ATƏT seçkini müşahidə etməkdən imtina etməlidir. Bu günə qədər Ermənistanın bu hərəkətlərinə cavab verilmədiyinə görə onlar meydanda at oynadır. Ermənistan Türkiyənin ona qarşı birtərəfli qaydada güzəştə gedəcəyini düşünür. Ermənistan bu xəyaldan daşınmalıdır. Ona görə də sərhəddə ermənilərə vizaların verilməsi bir müddət dayandırılmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR