Bank Of Baku

Ermənistanda parlament seçkiləri keçirilir

Ermənistanda parlament seçkiləri keçirilir
# 12 may 2007 11:46 (UTC +04:00)
Ermənistan polisi xəbər verir ki, seçkilərdə 2 mln. 285 min 830 seçici iştirak edir. Son sosioloji sorğuların nəticələri göstərir ki, elektoratın seçkilərdə fəallığı 60-70% təşkil edəcək. Yeni Seçki Məcəlləsinə əsasən, seçki prosesi yalnız ölkə ərazisində keçirilir və xaricdə yaşayan vətəndaşlar prosesə qatıla bilməyəcək.
Qeyd edək ki, parlamentdəki 131 deputat yeri uğrunda (90 yer partiya siyahıları üzrə, 41 təkmandatlı dairələr üzrə) 22 partiya və 1 siyasi blok mübarizə aparır. Parlamentə keçmək üçün partiyaların seçicilərin səslərinin ən azı 5%-ni, siyasi bloklara isə 7%-ni toplaması tələb olunur.
Seçki zamanı ölkədəki ictimai vəziyyətə təxminən hüquq-mühafizə orqanlarının təxminən 8 min əməkdaşı nəzarət edir. Həmçinin, prosesi 6 beynəlxalq təşkilatı təmsil edən 755 müşahidəçi və 50 yerli təşkilatın nümayəndəsi olan 13 333 müşahidəçi izləyir.
Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini artıq sabah açıqlayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR