Bank Of Baku

122 Saylı Xankəndi DSK-nın “Radiozavod”un binasında qalması ilə bağlı razılıq əldə olunub

122 Saylı Xankəndi DSK-nın “Radiozavod”un binasında qalması ilə bağlı razılıq əldə olunub
# 14 may 2007 09:10 (UTC +04:00)
122 Saylı Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyasının öz fəaliyyətini “Radiozavod”un binasında davam etdirməsi ilə bağlı razılıq əldə olunub. Bu barədə APA-ya DSK-nın sədri Allahverdi Doluxanov məlumat verib. Onun sözlərinə görə, DSK-nın bina probleminin həll olunması ilə bağlı baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Baş nazirin müavini DSK-nın binadan çıxmaması üçün mümkün addımları atacağını bildirib və dərhal hərbi sənaye naziri ilə danışıqlar aparıb. Danışıqlar nəticəsində DSK-nın “Radiozavod”un binasında qalması ilə bağlı razılıq əldə edilib: “Razılaşmaya əsasən, həmçinin DSK-nın iş şəraitinin yaxşılaşdırılması üçün yeni otaqların ayrılması və həmçinin təmir işinin aparılması da nəzərdə tutulub”. A. Doluxanov artıq DSK-ya elektrik enerjisinin verilməsinin bərpa olunduğunu da qeyd edib.
Qeyd edək ki, “Radiozavod”un fəaliyyətinin genişləndirilməsi üçün Hərbi Sənaye Nazirliyi DSK-nın hazırda yerləşdiyi binadan çıxarılmasını tələb etmişdi və mayın əvvəlindən seçki komissiyasına verilən elektrik enerjisi dayandırılmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR