Bank Of Baku

Seçki qanunvericiliyinə dəyişiklik olmasa, Rəsul Quliyev 2008-ci il prezident seçkilərinə qatılmayacaq

Seçki qanunvericiliyinə dəyişiklik olmasa, Rəsul Quliyev 2008-ci il prezident seçkilərinə qatılmayacaq
# 14 may 2007 10:15 (UTC +04:00)
Seçki qanunvericiliyinə dəyişiklik olmayacağı halda, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev 2008-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmayacaq. Bu barədə APA-ya ACP-nin sədri Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinə dəyişikliyi gözləmədən seçkilərə qatılacağını elan edən partiya sədrlərini heç bir perspektiv gözləmir: “Prezidentliyə iddialı olan müxalifət liderləri birgə səylər nəticəsində demokratik mühitin yaradılmasına çalışmalıdırlar. Biz hazırda bu istiqamətdə addımlar atırıq və fikirlərimiz üst-üstə düşən partiyalarla əməkdaşlıq edəcəyik”. A.Şahbazov bildirib ki, məcəlləyə dəyişiklik baş vermədən seçkilərdə iştirak və yaxud Rəsul Quliyevin müxalifətin vahid namizədi olması ilə bağlı müzakirələr aparmaq tezdir: “İndiki məqamda vahid namizədliklə bağlı fikir bildirmək, müzakirələr aparmaq və kimisə iddialı kimi təqdim etmək müxalifət arasında narazılıqlar yarada bilər. Buna görə də birinci olaraq şəraiti dəyişməliyik. Bundan sonra vahid namizədi müəyyənləşdirmək çətin olmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR