Bank Of Baku

İsrail enerji probleminin həlli üçün Azərbaycan və Türkiyəni maraqlandırmaq istəyir

İsrail enerji probleminin həlli üçün Azərbaycan və Türkiyəni maraqlandırmaq istəyir
# 14 may 2007 10:16 (UTC +04:00)
APA-nın İsrail bürosunun xəbərinə görə, “Əl-Qaida”nın əsas hədəfi İsrail olsa da, xüsusi xidmət orqanlarının uğurlu fəaliyyəti nəticəsində bu şəbəkə indiyə qədər yəhudi dövlətinin ərazisində terror aksiyası törədə bilməyib. Ancaq İsrailə zərər vermək üçün mütləq partlayış törətmək lazım deyil, neft tankerləri və qaz kəmərinə zərbə endirmək kifayətdir. Qeyd edək ki, 2008-ci ilin əvvəllərindən etibarən İsrail Misirdən qaz almağa başlayacaq. İsrail xüsusi xidmət orqanları bu kəmərə ciddi önəm verirlər. İnfrastruktur naziri Binyamin Ben-Eliezer isə İsrailin xarici enerji daşıyıcılarından asılılığı probleminin uzunmüddətli həlli yolunu tapmaq üçün nazirliyin mütəxəssislərinə göstəriş verib. Mümkün yollardan biri bir neçə mənbədən qaz alınmasıdır. Məlum olduğu kimi, B. Ben-Eliezer və baş nazir Exud Olmert Aralıq dənizində qaz hasilatı ilə məşğul olan “British Gas” şirkəti ilə saziş imzalamağı planlaşdırırlar. Digər layihələr isə İsraillə Türkiyə arasında sualtı boru kəmərinin tikintisi və Azərbaycan qazının İsrailə çatdırılmasıdır. B. Ben-Eliezer Bakı-Tiflis-Ərzurum boru kəmərinin Ceyhana qədər uzadılması və oradan qazın sualtı kəmər və ya sıxılmış şəkildə tankerlərlə İsrailə çatdırılmasına Azərbaycan və Türkiyəni marağını artırmaq istədiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR