Bank Of Baku

AŞPA Monitorinq Komitəsində “dondurulmuş münaqişələr”ə dair dinləmələr keçirilə bilər

AŞPA Monitorinq Komitəsində “dondurulmuş münaqişələr”ə dair dinləmələr keçirilə bilər
# 14 may 2007 10:44 (UTC +04:00)
Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da iştirak edəcək. Artıq Skopyedə olan Səməd Seyidov APA-ya bildirib ki, iclasda “dondurulmuş münaqişələr”ə dair dinləmələrin komitənin Berlində keçiriləcək iclasının gündəliyinə salınması məsələsi qaldırılacaq. Bunun üçün GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzv dövlətlərin komitədəki nümayəndələri birgə sənəd hazırlayıblar. Skopyedə keçiriləcək iclasın gündəliyinə isə Bolqarıstanda aparılmış monitorinqin nəticələri, Moldovanın öhdəlikləri yerinə yetirməsi və digər məsələlər salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR