Bank Of Baku

Polşa daxili işlər nazirinin Bakıya səfərinin vaxtı dəqiqləşib

Polşa daxili işlər nazirinin Bakıya səfərinin vaxtı dəqiqləşib
# 14 may 2007 12:13 (UTC +04:00)
Polşanın daxili işlər naziri Yanuş Kaçmarek iyunun 1-2-də Bakıda səfərdə olacaq. Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski APA-ya bildirib ki, bu, Polşa daxili işlər nazirinin Azərbaycana ilk səfəridir. Səfər zamanı Azərbaycan və Polşa DİN-ləri arasında əməkdaşlıq haqqında sənəd imzalanacaq. Səfirin sözlərinə görə, sənəd artıq hazırdır, Azərbaycanın Xarici İşlər Nazirliyində sənədlə tanış olurlar. Polşalı nazirin Azərbaycanın baş naziri və Dövlət Sərhədi Xidmətinin rəhbərliyi də görüşləri nəzərdə tutulub. Səfər Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində həyata keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR