Bank Of Baku

AXCP Ali Məclisi Rəyasət Heyətinin növbəti iclası keçirilib

AXCP Ali Məclisi Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 14 may 2007 13:10 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisi Rəyasət Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ölkədəki ictimai-siyasi durum, qurultaya hazırlıq və azad mətbuatın müdafiəsi ilə bağlı keçiriləcək aksiya müzakirə olunub. Rəyasət Heyətində Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin gördüyü işlər və rayon şöbələrində konfransa hazırlığın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. İclasda rayon şöbələrində konfransların keçirilməsi ilə bağlı işçi qrupunun görəcəyi işlərin sürətləndirilməsi qeyd olunub. Toplantıda həmçinin azad sözün müdafiəsi ilə bağlı keçiriləcək aksiyada partiya üzvlərinin fəallığının təmin olunması üçün görüləcək işlər də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR