Bank Of Baku

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi AXCP-nin qərargahla təmin olunması ilə bağlı müraciətinə cavab verib

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi AXCP-nin qərargahla təmin olunması ilə bağlı müraciətinə cavab verib
# 14 may 2007 13:35 (UTC +04:00)
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi AXCP sədri Əli Kərimlinin partiyanın qərargahla təmin olunması ilə bağlı müraciətinə cavab verib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Komitə bundan əvvəl Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəbli küçəsi 4A ünvanında yerləşən üçmərtəbəli binanın 2-ci mərtəbəsində 460 kv. m. qeyri-yaşayış sahəsinin ayrıldığını xatırladıb və mövcud qanunvericiliyə uyğun olaraq partiyanın istifadəsinə icarə qaydasında verilməsinə komitənin etiraz etmədiyini bildirib. AXCP isə bu ünvanda partiyanın yerləşməsi və fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü əsas gətirərək, həmin ünvandan bir daha imtina edib. Səbəb kimi binanın şəhərdən kənar, beton zavodunun yanında istifadəyə yararsız olması, həmçinin yaşayış məntəqələrinin və kommunikasiya xətlərinin olmadığı bir ərazidə yerləşməsi göstərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR