Bank Of Baku

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi AMİP-in müraciətini cavablandırıb

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi AMİP-in müraciətini cavablandırıb
# 14 may 2007 15:41 (UTC +04:00)
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargah ayrılması ilə bağlı müraciətinə cavab verib. Bu barədə APA-ya AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, komitə partiyaya ünvanladığı məktubda siyasi partiyalar və ictimai təşkilatlar üçün qərargahın ayrılmasının DƏİEDK-nın səlahiyyətində olmadığını bildirib. Dövlət qurumu partiyaya müvafiq yer tapmağı, tərəflər arasında müqavilə bağlanmasını və bundan sonra komitəyə müraciət etməyi məsləhət görüb. Ə. Orucov komitənin cavabı ilə razılaşmadıqlarını deyib və bunu “Siyasi partiyalar haqqında” qanunun müddəalarının pozulması kimi qiymətləndirib. O, məsələnin partiyanın Siyasi Şurasında müzakirə olunacağını və atılacaq addımlarla bağlı qərar veriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR