Bank Of Baku

Akif Şahbazov: “İndidən Rəsul Quliyevin seçkilərə qatılmayacağını söyləmək düzgün deyil”

Akif Şahbazov: “İndidən Rəsul Quliyevin seçkilərə qatılmayacağını söyləmək düzgün deyil”
# 16 may 2007 12:18 (UTC +04:00)
“Açıq Cəmiyyət Partiyasının indiki mərhələdə əsas işi 2008-ci ildə keçiriləcək prezident seçkilərinə qədər ölkədə şəraitin dəyişməsi, demokratik seçki mühitinin yaradılmasıdır. Ona görə də hazırkı məqamda partiyanın lideri Rəsul Quliyevin prezident seçkilərinə qatılmayacağı il bağlı konkret fikir bildirmək olmaz”. Bu sözləri APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib. Rəsul Quliyevin prezident seçkilərində iştirak etməyəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirən A. Şahbazov bildirib ki, bəzi mətbuat orqanları yanlış olaraq partiya liderinin seçkilərə qatılmayacağı haqqında məlumat yayıb. ACP-nin təsis qurultayında R. Quliyevin partiyanın prezidentliyə namizədi kimi müəyyənləşdiyini xatırladan A. Şahbazov deyib ki, onlar Seçki Məcəlləsinə dəyişikliklərin ediləcəyinə, demokratik mühitin yaranacağına əmindirlər: “Buna görə də indidən Rəsul Quliyevin seçkilərə qatılmayacağını söyləmək düzgün deyil. Hesab edirik ki, tələblərimiz yerinə yetiriləcək və Rəsul Quliyev seçkidə iştirak edə biləcək. Bu gün müxalifət liderləri birgə səy göstərməlidirlər ki, ölkədə demokratik seçki mühiti yaransın. Şərait dəyişməyəcəyi halda müxalifət liderlərinin seçkilərdə iştirakının perspektivini görmürəm”. A. Şahbazov R. Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumdan sonra prezident seçkiləri mövzusunda müzakirələrin başlayacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR